DNT testi Ankarada terror aktını törədən şəxsin kimliyini müəyyən edib

DNT testi Ankarada terror aktını törədən şəxsin kimliyini müəyyən edib
# 24 fevral 2016 00:11 (UTC +04:00)

Bakı-APA. Türkiyə polisi fevralın 17-də Ankarada terror aktını törədən şəxsin kimliyini müəyyənləşdirib. APA-nın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, terror aktını Suriya vətəndaşı Salih Nejdər deyil, Türkiyə vətəndaşı Əbdülbaki Somer törədib.

Məlumata görə, terrorçu 2014-cü ildə Salih Nejdərin adına hazırlanmış saxta sənədlərlə Türkiyəyə gəlib. Türkiyə polisi bundan əvvəl əl izlərinin analizinə əsaslanaraq, partlayışa görə məsuliyyəti məhz onun üzərinə qoyub. Lakin “Kürdüstan Azadlıq Şahinləri" (TAK) qruplaşması öz saytında terror aktının icraçısının şəklini dərc etdikdən sonra, polis bu şəxsin atasını saxlayaraq DNT nümunəsi götürüblər. Aparılmış DNT testi terrorçunun şəxsiyyətini müəyyən edib.

Terror aktı ilə əlaqədə şübhəli bilinərək saxlanılan 14 şəxsin dindirilməsi nəticəsində polis partlayışın PKK üzvləri Mehmet Doğan və İshaq Ozçaptu tərəfindən sifariş edildiyi qənaətinə gəlib.

Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən partlayış nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR