Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarının nəticələri açıqlanıb

Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarının nəticələri açıqlanıb
# 03 oktyabr 2016 09:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin 27-28 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.

APA-nın xəbərinə görə, imtahanlarda ümumilikdə 232 həkim iştirak edib, onlardan 34-ü imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR