İcbari Sığorta Bürosunun investisiya portfeli 73% böyüyüb

İcbari Sığorta Bürosunun investisiya portfeli 73% böyüyüb
# 14 aprel 2016 10:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə İcbari Sığorta Bürosunun (İSB) investisiya portfeli 73% artıb.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat İSB-nin 2015-ci il üçün maliyyə və investisiya fəaliyyəti ilə bağlı hesabatında yer alıb.

Hesabata əsasən, 01.01.2015-ci il tarixinə Büronun investisiya portfeli 17 mln. manat təşkil edib. İnvestisiya olunan vəsaitlərin ümumi həcmi ötən il ərzində 12 mln. 465,596 min manat və ya 73% artaraq 31.12.2015-ci il tarixinə 29 mln. 465,596 manata çatıb.

Risklərin azaldılması məqsədilə sərbəst vəsaitlər manat, avro və ABŞ dollarında investisiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR