Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçiriləcək

Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçiriləcək
# 17 iyun 2016 22:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçiriləcək.

APA-nın məlumatına görə, 1 noyabr 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 90 saylı Ağdaş seçki lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayev olub.

Mərkəzi Seçki Komissiyası 17 dekabr 2015-ci il tarixli iclasında Ağdaş seçki dairəsində səslərin nəticələri etibarsız sayılan seçki məntəqələrinin sayının bu dairədəki seçki məntəqələrinin sayının beşdə birindən, bu məntəqələrdəki seçicilərin sayının dairədəki seçicilərin sayının dörddə birindən çox olduğu üçün bu dairədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib. Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-ə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR