İsrailin baş naziri: “Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışırıq”

İsrailin baş naziri: “Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışırıq”
# 28 yanvar 2016 01:39 (UTC +04:00)

Bakı-APA. İsrail Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə, yunanıstanlı həmkarı Aleksis Tsipras ilə görüşdən sonra bəyan edib.

“İsrail ilə Türkiyə arasında əvvəllər çox gözəl əlaqələr mövcud olub. Biz münasibətlərin pisləşməsini istəmirdik və bunda günahımız yoxdur. Hazırda Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışırıq. Buna nə dərəcədə nail olub-olmayacağımızı bilmirəm. Lakin düşünürəm ki, bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, deyə B. Netanyahu bildirib.

Qeyd edək ki, bundan əvvəl yerli mətbuatda İsraillə Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair saziş layihəsinin hazırlandığı barədə məlumat yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR