SOCAR Ceyhan limanından xam neftin ixracını 34% artırıb

SOCAR Ceyhan limanından xam neftin ixracını 34% artırıb
# 01 aprel 2016 17:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin mart ayında SOCAR Ceyhan limanından 1 mln. 644 min 415 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci ilin mart ayı ilə müqayisədə 34,10% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində SOCAR tərəfindən Ceyhan limanından 4 mln. 628 min 741 ton xam neft ixrac edilib. Bu, ötən ilin yanvar-mart aylarına nisbətən 1,63% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-mar ayları ərzində Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR