Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Azərbaycan Ordusunun hərbçisi şəhid olub
# 17 may 2016 08:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib. Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR