Genetik Ehtiyatlar İnstitutunun direktoru: “Əksər məhsullarla özümüzü təmin edə bilmirik”

Genetik Ehtiyatlar İnstitutunun direktoru: “Əksər məhsullarla özümüzü təmin edə bilmirik”
# 02 mart 2016 13:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Statistik rəqəmlər göstərir ki, biz əksər məhsullarla özümüzü təmin edə bilmirik. Bir sıra kənd təsərrüfatı xüsusən də meyvə tərəvəz məhsulları üzrə böyük ixrac potensialımız var”.

AMEA-nın müxbir üzvü, Genetik Ehtiyatlar İnstitutun direktoru Zeynal Əkpərov AMEA Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda 70-80 faiz taxıl istehsalı yerli sortların hesabına ödənilir. Amma tərəvəz məhsulların əksəriyyətinin xarici sortların olduğunu deyən Z.Əkpərov əlavə edib ki, tərəvəz məhsullarının yalnız 5-6 faizi yerli istehsal hesabına ödənilir.


“Azərbaycan tərəvəz və meyvə bitkilərinin ixracı üzrə böyük təcrübə və imkanlara malikdir. Hazırda yerli rəqabət qabiliyyətli sortlar yaradılmadığından ixrac potensialını tam reallaşdırmaq, yaxın qonşulardan başqa ölkələrin bazarlarına çıxmaq mümkün olmur. Xarici şirkətlərin istehsalı olan toxumlar və ting materialları yerli sortları sıxışdırır. Bu gün Azərbaycan faktiki olaraq xarici alimləri və şirkətləri stimullaşdırır. Meyvəçilik və üzümçülükdə xəstəlik və zərərvericilərə daim calaqaltılardan istifadə edilməklə, müasir texnologiyaların tətbiqinə imkan verən iri tingçilik təsərrüfatlarının yaradılması vacibdir”, – deyə Z. Əkpərov qeyd edib.

İnstitut direktorunun sözlərinə görə, bir çox institutlarda seleksiya işləri aparılsa da yaradılan və rayonlaşdırılan sortların əksəriyyəti rəqabət qabiliyyətli deyil. O bildirib ki, əkinçilik Elmi Tədqiqat İnstitutu istisna olmaqla, qalan institutlarda seleksiya işləri zəifdir, dəyişən mühitə adaptiv, yüksək məhsuldar və keyfiyyətli bitki sortları və heyvan cinslərinin yaradılmasında müasir metodlardan istifadə olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR