Yardımlıda “Xaşxaş-2016” şərti adı altında tədbir keçirilib

Yardımlıda “Xaşxaş-2016” şərti adı altında tədbir keçirilib
# 20 iyun 2016 12:22 (UTC +04:00)

Yardımlı-Lerik. Ağəddin Babayev - APA. Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2016” şərti adı altında rayon ərazisində tədbir keçiriblər. APA-nın cənub bürosunun məlumatına görə, rayonun ucqar Primbel və Arvana kəndləri ərazisində reallaşan tədbir zamanı yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 280 kiloqram olan 9270 ədəd xaşxaş kolu aşkarlanıb. Həmin kollar yığılaraq yandırılma yolu ilə məhv edilib.


Analoji tədbir Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Belə ki, rayonun Orand kəndi ərazisində baxış keçirilərkən oradan yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 610 kiloqram olan 10435 ədəd xaş-xaş kolu aşkar edilərək məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR