Milli Məclis bəzi məcəllə və qanunlara dəyişiklik edib

Milli Məclis bəzi məcəllə və qanunlara dəyişiklik edib
# 05 aprel 2016 12:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında bir neçə qanunvericilik sənədlərinə dəyişiklik edilib.

APA-nın məlumatına görə, Torpaq, Mülki məcəllələr və "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara dəyişiklik olunub.

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunlara, İnzibati Xətalar və Cinayət məcəllələrinə də eyni tipli texniki dəyişiklik edilib.

Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR