Problemli kreditlərin ümumi kredit qoyuluşunda çəkisi artıb

Problemli kreditlərin ümumi kredit qoyuluşunda çəkisi artıb
# 14 sentyabr 2016 08:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin avqust ayının 1-ə 1 mlrd. 504,4 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 170,8 mln. manat və ya 12,8% çoxdur.


Bu ilin iyun ayı ilə müqayisədə iyulda problemli kreditlərin həcmi 35,4 mln. manat və ya 2,3% azalıb.


Hesabat dövründə milli valyutada 8 mlrd. 643,5 mln. manatlıq kredit verilib ki, bunun da 711,7 mln. manatının və ya 8,23%-nin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 8 069,9 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 792,7 mln. manat və ya 9,8% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 47,3%, xarici valyutada isə bu göstərici 52,7% təşkil edir.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 9% təşkil edir. Xatırladaq ki, apreldə bu göstərici 8,4% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR