Samuxda iki nəfər qazdan zəhərlənib

Samuxda iki nəfər qazdan zəhərlənib
# 28 yanvar 2016 13:29 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda qazdan zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Nəbiağalı qəsəbə sakinləri - 1984-cü il təvəllüdlü Sofiya Vəliyeva və 1980-ci il təvəllüdlü Aygün Vəliyeva təbii qazdan zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, onlar yaşadığı evdə qaz sızması zamanı zəhərləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR