Sabirabadda fərdi ev yanıb

Sabirabadda fərdi ev yanıb
# 16 may 2016 01:27 (UTC +04:00)

Bakı-APA. Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Yolçubəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Yanğın zamanı evdə olan 2 ədəd boş və 1 ədəd dolu 50 litrlik məişət qaz balonu evdən çıxarılıb, partlayışın qarşısı alınıb. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR