Xaçmazda 36 yaşlı kişi göldə batıb

Xaçmazda 36 yaşlı kişi göldə batıb
# 18 iyul 2016 20:15 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Çuxuroba kəndi ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 65 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1980-cı il təvəllüdlü Murad Adıgözəl oğlu Məmmədovun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR