Azərbaycan enerji istehsalını 5% azaldıb

Azərbaycan enerji istehsalını 5% azaldıb
# 08 dekabr 2015 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu ötən eyni dövrü ilə müqayisədə 5% azalıb.

Bu ilin 11 ayı ərzində isə 20,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu 2014-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə eynidir.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR