Göyçayda 5 otaqlı ev yanıb

Göyçayda 5 otaqlı ev yanıb
# 26 fevral 2016 05:13 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda fərdi yaşayış evi yanıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saat 3:30 radələrində rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini 1951-ci il təvəllüdlü Allahverdiyev Zəkiyə Əlisa qızına məxsus ümumi sahəsi 372 kvadratmetr olan iki mərtəbəli 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin ikinci mərtəbəsindəki ümumi sahəsi 176 kvadratmetr olan 3 otaq içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Ailə üzvləri yatmış olduğundan yanğın hadisəsindən gec xəbər tutublar və bu səbəbdən yanğından mühafizə hissəsinə vaxtında məlumat verilməyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi, hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR