“Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə kompensasiya ödənilməsi davam edir

“Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə kompensasiya ödənilməsi davam edir
# 23 fevral 2016 16:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvardan etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 22 milyon 215 min manatdan artıq kompensasiya ödənilib.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 671 min manatdan artıq kompensasiya ödənilib.

Ərizə formalarını “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin filiallarından əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR