Ağdaşda Qarabağ əlili “OKA”-nı aşırıb, özü ölüb, qardaşı və daha iki nəfər ağır xəsarət alıb

Ağdaşda Qarabağ əlili “OKA”-nı aşırıb, özü ölüb, qardaşı və daha iki nəfər ağır xəsarət alıb
# 17 sentyabr 2016 12:37 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235-ci kilometrliyində, Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.

Ağdaşın Sadavat kənd sakini, Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Umarov Tərlan Eldar oğlu idarə etdiyi 03-BE-348 dövlət nömrə nişanlı, “OKA” markalı minik avtomobili yağışlı havada yolun sürüşkən olması səbəbindən yoldan çıxaraq çökəkliyə aşıb.

T. Umarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Avtomobildəki sərnişinlər - sürücünün qardaşı, 1977-ci il təvəllüdlü Umarov Eldəniz Eldar oğlu, Xosrov kənd sakinləri, 1990-cı il təvəllüdlü Umarov Şəmayıl Sərdar oğlu, 1983-cü il təvəllüdlü Nəbiyev Rəhman Elmar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR