Ermənilər Ağdamda qohumlarının məzarlarını ziyarət edən sakinləri atəşə tutub

Ermənilər Ağdamda qohumlarının məzarlarını ziyarət edən sakinləri atəşə tutub
# 10 mart 2016 12:32 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda Novruz bayramı ilə bağlı yaxınlarının məzarlarını ziyarət etmək istəyən cəbhəyanı kənd sakinləri ermənilər tərəfindən atəşə tutulub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında havanın dumanlı olmasından istifadə edən Mirəşelli, Baş Qərvənd, Orta Qərvənd və Ayaq Qərvənd kəndlərinin sakinləri qəbirləri ziyarətə gediblər.

Duman çəkilən kimi erməni silahlı bölmələri kənd sakinlərini atəşə tutub. Yerli əhali ziyarəti yarımçıq saxlayaraq məzarlığı tərk etmək məcburiyyətində qalıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR