Malayziyada terror aktı planlaşdıran İŞİD silahlısı saxlanılıb

Malayziyada terror aktı planlaşdıran İŞİD silahlısı saxlanılıb
# 16 yanvar 2016 09:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Malayziya polisi ölkədə terror aktı planlaşdıran İŞİD silahlısını saxlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, silahlı şəxs paytaxt Kuala Lumpur yaxınlığındakı vağzalda həbs edilib. Saxlanılan şəxsdən İŞİD-lə əlaqəli olmasını təsdiqləyən sənədlər və silah-sursat götürülüb. O, özünü partlatmaq niyyətində olduğunu etiraf edib.

Qeyd edək ki, dünyada baş verən terror hücumları ilə əlaqədar ölkədə əsasən əhalinin sıx olduğu yerlədə, sərhəd bölgələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR