“Bank of Azerbaijan”ın əmanətçilərinə 18,1 mln. manat, “Gəncəbank”ın əmanətçilərinə 317 min manatdan artıq kompensasiya ödənilib

“Bank of Azerbaijan”ın əmanətçilərinə 18,1 mln. manat, “Gəncəbank”ın əmanətçilərinə 317 min manatdan artıq kompensasiya ödənilib
# 09 fevral 2016 15:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin və “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 18,1 mln. manatdan artıq kompensasiya ödənilib.

Fond ictimaiyyətin diqqətinə çatdırır ki, 30 iyul 2007 -ci ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 317 min manatdan artıq kompensasiya ödənilib.

Ərizə formalarını “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR