"Gilan Holdinq" "Karyerada ilk addım" devizi altında keçirilən sərgidə iştirak edib

"Gilan Holdinq" "Karyerada ilk addım" devizi altında keçirilən sərgidə iştirak edib
# 27 may 2016 17:07 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Qafqaz Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri təşkil edilib.


APA-Economics” xəbər verir ki, sərgidə iştirak edən "Gilan Holdinq"in işə qəbul üzrə mütəxəssisi Vüsal Muradov şirkətin bugünkü sərgidə müxtəlif biznes sahələrini əhatə edən vakansiyalarla iştirak etdiklərini bildirib.

“Tələbələr və universiteti yenicə bitirmiş məzunlar mühasibatlıq, insan resursları, İT və sair. Sahələrdə olan iş imkanlarında özlərini sınamaq imkanı əldə etmişlər. Bizim bu vakansiyalarla bağlı yaxşı kadrlara ehtiyacımız var”, - deyə V. Muradov qeyd edib.

Mütəxəssisin sözlərinə görə, karyera sərgisində onlara tələbələrlə yanaşı, əvvəlki illərin məzunları da müraciət edib. O bildirib ki, artıq məzun olmuş və müəyyən sahələrdə iş təcrübəsinə sahib olan şəxslərin müraciət etməsi də şirkətin marağındadır: "Çünki "Gilan Holdinq"də mövcud vakansiyalar arasında müəyyən sahələr üzrə daha çox təcrübə tələb edən vakansiyalar da mövcuddur. Geniş namizəd kütləsinə çıxış imkanlarının əldə edilməsində, mövcud namizəd məlumat bazasının daha da genişləndirilməsində karyera sərgilərinin rolu əvəzsizdir. Təcrübəmizdə çox olub ki, bu cür sərgilərdə iştirak etməklə müəyyən sahələr üzrə, axtardığımız mütəxəssisləri tapıb işlə təmin etmişik".

Bölgələrdə keçirilən məşğulluq tədbirlərinə gəlincə, V. Muradov qeyd edib ki, "Gilan Holdinq"in bölgələrdə də müəssisələri var və bölgələrdə keçirilən karyera sərgilərində iştirak etməkdə maraqlıdırlar.

Ölkədə aktiv əməklə məşğul olan insanların əksəriyyətinin gənclər olmasına diqqət çəkən şirkət mütəxəssisi buna baxmayaraq "Gilan Holdinq"in işçilərinin ancaq gənclər olması ilə bağlı xüsusi bir missiyasının olmadığını bildirib: "Bəzən mühəndislik, istehsal, aqrar və digər sahələrdə 5, 10, 15 il təcrübə tələb olunan mütəxəssislərə də ehtiyac olur. Karyera sərgilərində təcrübəli şəxslərdə iştirak edir və biz onlarında müraciətlərini nəzər alırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR