Rusiya XİN: Dağlıq Qarabağda münaqişənin aktiv fazası getdikdən sonra hadisəni yenidən sülh yolu ilə həll üzrə siyasi prosesə gətirmək üçün bir sıra addımlar atıldı"

Rusiya XİN: Dağlıq Qarabağda münaqişənin aktiv fazası getdikdən sonra hadisəni yenidən sülh yolu ilə həll üzrə siyasi prosesə gətirmək üçün bir sıra addımlar atıldı"
# 19 aprel 2016 14:19 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Dağlıq Qarabağda münaqişənin aktiv fazası getdikdən sonra hadisəni yenidən sülh yolu ilə həll üzrə siyasi prosesə gətirmək üçün bir sıra addımlar atıldı”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, son hadisədən sonra xarici işlər nazirləri səviyyəsində təmaslar oldu: “Rusiya prezidenti Vladimir Putin bəyanat verib. O, Rusiya xarici işlər naziri Sergey Lavrovun və baş nazir Dmitri Medvedyevin region səfərini də xatırladıb. Lavrovun Bakı səfəri oldu, Mevedyev regiona səfər etdi: “Bununla paralel olaraq Minsk qrupu həmsədrləri aktiv fəaliyyət göstərməyə başladılar. Müvafiq bəyanat verildi və s. İş dayanmır. Hər iki tərəfdən çox sayda ittihamlar, problemli məsələlər var ki, onları həll etmək çətindir. Amma bunun üçün kpompromisləri danışmaq üçün vasitəçilik missiyası var. Onu deyə bilərəm ki kontaktlar dayandırılmayıb. Hesab edirəm ki yaxın vaxtda bəlkə də bu gün və ya 2 saat sonra daha bir təmasın anonsunu verə bilərik”.

Mariya Zaxarova aprelin 22-də Sergey Lavrovun Ermənistana səfər edəcəyini qeyd edib. Onun sölzərinə görə, Orada ikitərəfli məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR