Nazir: "Brexit" rublu çökdürəcək"

Nazir: "Brexit" rublu çökdürəcək"
# 24 iyun 2016 11:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Böyük Britaniyanın Avropa İttifaqından ("Brexit") çıxması dünya birjalarını dalğalandıracaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

Nazir qeyd edib ki, birjalardakı volatillik neftin kəskin ucuzlaşmasına səbəb olacaq ki, bu da öz növbəsində rublu çökdürəcək. "Buna baxmayaraq, gözlənilən volatillik indiyədək gördüklərimizdən zəif olacaq", - deyə A. Siluanov əlavə edib.

Maraqlıdır ki, Rusiyanın Mərkəzi Bankının açıqlamasına əsasən, "Brexit" rubl üçün risk təşkil etmir.

Qeyd edək ki, ötən gün keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR