Ələt-Səngəçal arası sahədə subasma və şoranlaşma ilə bağlı tədqiqat aparılır

Ələt-Səngəçal arası sahədə subasma və şoranlaşma ilə bağlı tədqiqat aparılır
# 20 may 2016 13:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “HazırdaƏlət-Səngəçal arası sahədə şoranlaşma və subasma hadisəsi öyrənilir, tədqiqat işləri aparılır”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, tədqiqat işləri “2014-2016-cı illərdə respublika ərazisində ekzogen-geoloji proseslərinin öyrənilməsi” çərçivəsində aparılır: “İki aydır, işlərə başlanılıb. Ərazidə quyular qazılıb, qrunt sularından nümunələr götürülərək laborator analizlərə verilib”.

Dəstə rəisi qeyd edib ki, Ələt-Səngəçal arası sahə şoranlaşmaya meylli ərazidir. O bildirib ki, artıq “2014-2016-cı illərdə respublika ərazisində ekzogen-geoloji proseslərinin öyrənilməsi” çərçivəsində Əhmədli-Günəşli arası sahədə sürüşmə, Sumqayıt sənaye zonasında subasma, Mərkəzi qəbiristanlıq-Bakı Beynəlxalq Avtovağzal Kompleksi arası sahədə subasma və eroziya hadisəsi ilə bağlı aparılan tədqiqat işləri tamamlanıb: “Layihə çərçivəsində gələcəkdə Bayıl, Zığ və Masazırda sürüşmə, Güzdəkdə isə subasma prosesi ilə bağlı tədqiqat işləri aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR