Sumqayıtda sexdə yanğın olub

Sumqayıtda sexdə yanğın olub
# 21 may 2016 02:14 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan tibbi spirt istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində 3 boş 1 dolu olan 6 kub.m spirt çəni, 3 ədəd spirt istehsalı dəzgahı və tibbi ləvazimatlar yanıb.

Yaxınlıqdakı taxta sexi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR