Apreldə pul kütləsi 69 mln. manatdan çox azalıb

Apreldə pul kütləsi 69 mln. manatdan çox azalıb
# 13 iyun 2016 12:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2016-cı il mayın 1-ə 20 mlrd. 565,7 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 582,8 mln. manat və ya 8,34% çoxdur.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, eyni zamanda mart ayı ilə müqayisədə cari ilin aprelində geniş mənada pul kütləsi 69,4 mln. manat və ya 0,34% azalıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 mlrd. 798,2 mln. manat və ya 16,3% azalaraq 2016-cı il mayın 1-ə 9 mlrd. 205,8 mln. təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR