"Günəşli" yatağının yanğın baş vermiş dəniz özülündə 33 nəfər xilas edilib- YENİLƏNİB - 5

"Günəşli" yatağının yanğın baş vermiş dəniz özülündə 33 nəfər xilas edilib- <span style="color: red;">YENİLƏNİB - 5
# 05 dekabr 2015 14:35 (UTC +04:00)

Bakı - APA. "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 33 nəfər xilas edilib.

Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.

Xilasetmə işləri davam edir.

***

17:21

Bakı-APA. "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə və axtarış tədbirləri davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı SOCAR, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumat yayacağı gözlənilir.

Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Onların böyük əksəriyyəti hadisə zamanı ehtiyat qayıqlara toplaşıblar. Hadisə ilə bağlı "Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahdan verilən məlumata görə, indiyə qədər qayıqlardan və platformadan 32 nəfər xilas olunub, bir nəfər isə həlak olub.

16:27

Bakı - APA. "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 32 nəfər xilas edilib.

Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.

Xilasetmə işləri davam edir.

“Reuters” agentliyinin hadisə ilə bağlı yaydığı məlumatda 32 işçinin həlak olduğu bildirilir.

APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub.

Özülün rəisi Allahverdi Məmmədov olub.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

***

15:39

Bakı - APA. "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 29- nəfər xilas edilib.

Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.

Xilasetmə işləri davam edir.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.

***

14:37

Bakı - APA. "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 25-dən artıq şəxs xilas edilib.

Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib. Xilas edilənlər arasında xəsarət alan yoxdur.

Xilasetmə işləri davam edir.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.

***

saat 14.05

Bakı - APA. "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə işləri davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, xilas edilənlərin sayı 15-ə çatıb.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.

***

saat 13.20

Bakı - APA. Hazırda "Günəşli" yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri aparılır.

APA-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib.

Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb və artıq 7 nəfər xilas olunub.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR