TBMM sədri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib

TBMM sədri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
# 21 dekabr 2015 13:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman Fəxri Xiyabanı ziyarət edib.

APA-nın məlumatına görə, İ. Kahraman Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib, əklil qoyub. Daha sonra o, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR