Georgi Nikolov Bakının “İnter” klubunun prezidenti postundan kənarlaşdırılıb

Georgi Nikolov Bakının “İnter” klubunun prezidenti postundan kənarlaşdırılıb
# 23 dekabr 2015 11:58 (UTC +04:00)

Bakı – APA. “İnter” klubunun prezident postunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu barədə qərar Bakı təmsilçisinin bu gün baş tutan Müşahidə Şurasının iclasında qəbul olunub.

Belə ki, 2006-cı ildən klubda prezident postunu tutan bolqarıstanlı Georgi Nikolova “İnter”in inkişafında göstərdiyi xidmətlərə və əldə olunmuş nailiyyətlərə görə təşəkkür bildirilərək, yola salınıb. Ardınca Müşahidə Şurasının qərarı ilə Rəşad Qasımov klubun prezidenti vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR