DSMF: Mart ayı üzrə əmək pensiyaları vaxtından əvvəl maliyyələşdirilib

DSMF: Mart ayı üzrə əmək pensiyaları vaxtından əvvəl maliyyələşdirilib
# 16 mart 2016 09:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, mart ayının 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.

2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 299 min 946 nəfərdir. Onların 60,1%-i yaşa görə, 28,8%-i əlilliyə görə, 11,1%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR