Lənkəran teatrı Təbrizdə “İlan Sultan” tamaşası ilə çıxış edib

Lənkəran teatrı Təbrizdə “İlan Sultan” tamaşası ilə çıxış edib
# 18 yanvar 2016 13:48 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Təbriz şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edib.

Bu barədə məlumatı APA-nın cənub bürosuna Təbrizdən teatrın direktoru Tofiq Heydərov verib. Onun sözlərinə görə, böyük coşqu ilə qarşılanan tamaşanın seyrçiləri arasında Təbriz Şəhər Mədəniyyət İdarəsinin rəisi Səfipur və digər dövlət qurumlarının nümayəndələri də olublar.

Qeyd edək ki, İranda keçirilən 34-cü Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edən Lənkəran teatrı iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluş verdiyi İran dramaturqu Bəhram Beyzayinin «İlan Sultan» tamaşası ilə Təbrizdən sonra Məşhəd şəhərində də çıxış edəcək.


İki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs edən bu səhnə əsərində rolları əməkdar artist Sücəddin Mirzəyev, aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Miraslan Ağayev, Əlibala Əsgərov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Qızılgül Quliyeva, Emin Feyzullayev, Emil Rzayev və Nizami Qurbanov oynayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR