Hacıqabulda mikroavtobus aşıb, ata və ana xəsarət alıb, oğul isə ölüb - YENİLƏNİB

Hacıqabulda mikroavtobus aşıb, ata və ana xəsarət alıb, oğul isə ölüb - <span style="color: red;">YENİLƏNİB
# 10 dekabr 2015 12:23 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının 80-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Qazax rayon sakini Mustafayev Elçin Şahvələd oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobusun aşması nəticəsində avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Hacıqabul rayonunun Udulu kənd sakini, Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib. Digər sərnişinlər - ölən şəxsin atası, 1955-ci il təvəllüdlü Eminov Dostəli Hümbət oğlu, anası 1958-ci il təvəllüdlü Eminova Əntiqə Məmmədəli qızı və Kürdəmir rayonu Şilyan kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Nemət Həsrət oğlu Şirvan Şəhər Xəstəxanana yerləşdirilib.

Məlumata görə, qabaq təkərinin partlaması mikroavtobusun yoldan çıxaraq aşmasına səbəb olub.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

***

12:48

Hacıqabul. Əlibəy Zeynallı - APA. Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı avtomobilin aşması nəticəsində maşında olan sərnişin, 1980-ci il təvəllüdlü Hacıqabul rayon sakini Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib.

İki nəfərin isə xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR