Bakının bəzi rayonlarının qaz təchizatı məhdudlaşdırılacaq

Bakının bəzi rayonlarının qaz təchizatı məhdudlaşdırılacaq
# 13 yanvar 2016 06:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının Binəqədi, Xətai, Nərimanov, Xəzər, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 315 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yanvarın 13-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi, Xətai, Nərimanov, Xəzər və Abşeron rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR