"Azpromo" ABŞ şirkəti ilə anlaşma memorandumu imzalayıb

"Azpromo" ABŞ şirkəti ilə anlaşma memorandumu imzalayıb
# 24 avqust 2016 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən “MRC Global” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, qonaqlara Azərbaycanın biznes və investisiya mühiti, ölkəmizin tranzit imkanları barədə geniş məlumat verilib, “MRC Global” şirkətinin Azərbaycan bazarına daxil olması məsələləri müzakirə olunub.

Görüşün sonunda AZPROMO ilə “MRC Global” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR