Fransa və Gürcüstan prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Fransa və Gürcüstan prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
# 21 aprel 2016 20:57 (UTC +04:00)

Bakı-APA. Fransa prezidenti Fransua Olland bu gün gürcü həmkarı Georgi Marqvelaşvili ilə Cənubi Qafqazdakı vəziyyəti, ikitərəfli münasibətlərə dair məsələləri və beynəlxalq gündəmdə olan məsələləri müzakirə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey Sarayının açıqlamasında bildirilir.

Məlumata görə, danışıqlar Gürcüstan prezidentinin Parisə rəsmi səfəri çərçivəsində baş tutub.

Fransa və Gürcüstan arasında iqtisadi əməkdaşlığın perspektivlərinin müzakirəsi danışıqların əsas mövzularından biri olduğu bildirilir: “Tərəflər həmçinin beynəlxalq gündəmdə olan məsələləri, xüsusən, Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”.

Yelisey Sarayının açıqlamasında qeyd olunur ki, Fransa Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Tərəflər 2014-cü ilin iyununda imzalanmış Assosiasiya sazişi çərçivəsində Gürcüstan-Aİ əməkdaşlığının inkişafı məsələlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR