CNBC telekanalı “AppLab” layihəsinin qalibini bu ilin 20 ən yaxşı startupından biri elan edib

CNBC telekanalı “AppLab” layihəsinin qalibini bu ilin 20 ən yaxşı startupından biri elan edib
# 16 dekabr 2015 13:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkəti həyata keçirdiyi “AppLab” layihəsinin qaliblərinin uğurlu startup ideyaları arasında “ən yaxşılarından biri” seçilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yayında “AppLab” layihəsinin məzunu olmuş BethClip tətbiqi “CNBC” telekanalı tərəfindən cari ildə dünya üzrə yaradılmış ən yaxşı və parlaq 20 startup layihəsindən biri elan edilib.

“AppLab” innovativ mobil developer layihəsinə “Bakcell” şirkəti tərəfindən 2014-cü ilin sentyabr ayında gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində start verilib.

Bu il keçirilən “Qlobal Sahibkarlıq Həftəsi” (Global Entrepreneurship Week) 160 ölkəni və təxminən 10 mln. insanı əhatə edir. Bu tədbirin ən önəmli hadisələrindən biri kimi hər il dünyanın əsas şəhərlərində keçirilən “Açıq Startup Yarışı” (Startup Open competition) sahibkarlara öz ideyalarını irəli sürməyə imkan yaradır. Bu ilki müsabiqəyə 89 ölkədən 800-dən artıq startup ideyası təqdim olunub. Müraciətlərin 70%-i ABŞ hüdudlarından kənardan olub.

Parlaq ideyaları həyata keçirən, iqtisadi inkişafa təkan verən və insanların rifahını yüksəldən bu yenilikçilər ABŞ-ın mikroelektronika sənayesinin mərkəzi olan Silikon (Silisium) Vadisindən çox-çox uzaqlarda – Uqanda, Kamerun, Filippin, İsrail, Çili və Ukrayna kimi ölkələrdə yaşayıb yaradırlar.

“Bethclip” hər hansı bir kontentin (mətn, şəkil, media, fayl) istənilən platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə tək toxunuşla köçürülməsinə imkan yaradır. “Bethclip” mobil tətbiqini “Android” platformalı cihazlar üçün Google Play Store daxil olaraq:

https://play.google.com/store/apps/details?id=com.bethclip.android linkindən, Apple Store-dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022

linkindən yükləmək olar.

Mübadilə buferinin ani sinxronlaşdırılması xassəsinə malik olan bu tətbiq gündəlik işlərimizə rahatlıq və komfort gətirə biləcək birklikli inqilabi həllərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR