AMEA Tarix İnstitutunun illik hesabatı təqdim olunub

AMEA Tarix İnstitutunun illik hesabatı təqdim olunub
# 12 dekabr 2015 14:46 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda Elmi Şuranın iclası keçirilib.

Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, institutun illik hesabatına həsr edilmiş iclasda 2015-ci ildə Tarix İnstitutunda çap olunmuş 26 kitabın təqdimatı olub.

İclasda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, akademik Teymur Bünyadov, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvell və başqaları çıxış ediblər.

Qeyd edək ki, bu il Y. Mahmudovun “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və “Azərbaycan və Avropa” kitabları italyan dilində, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ispan və ingilis dillərində, “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitabı isə Azərbaycan, ingilis və rus dillərində çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR