Milli Məclisə Ali Məhkəmə hakiminin vəzifəsindən azad edilməsi barədə qərar layihəsi göndərilib

Milli Məclisə Ali Məhkəmə hakiminin vəzifəsindən azad edilməsi barədə qərar layihəsi göndərilib
# 26 fevral 2016 09:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ali Məhkəmənin hakimi İslam Əliyev vəzifəsindən azad edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə qərar layihəsi təqdim olunub.

Qərar layihəsində bildirilir ki, İslam Əli oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi məsələsi Milli Məclisin müzakirəsinə tövsiyə edilsin.

Layihə martın 4-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR