Bu gün AVRO-2016-da 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək

Bu gün AVRO-2016-da 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək
# 02 iyul 2016 05:31 (UTC +04:00)

Bakı-APA. Bu gün Avropa çempionatının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, yarımfinal uğrunda iki Avropa nəhəngi – Almaniya ilə İtaliya mübarizə aparacaqlar.

Turnirin favoritlərindən hesab olunan, ancaq çempionat başlayandan bəri istədiyi oyunu heç cür nümayiş etdirə bilməyən Almaniya millisi yalnızca 1/8 finalda Slovakiya ilə oyunda nisbətən rahat qələbə qazanmışdı.

“Bundestim”in əksinə, yarışdan əvvəl şansları o qədər də yüksək dəyərləndirilməyən İtaliya yığması isə hər kəsi təəccübləndirməyə davam edir. Özünəxas oyun üslubuna malik “mavilər” qarşılarına çıxan rəqibləri növbə ilə yolundan kənarlaşdırmağı bacarıb. Antonio Kontenin yetirmələri 1/8 finalda erkən final olaraq dəyərləndirilən İspaniya ilə matçda da inamlı qələbə qazanıb.

Bu dəfə isə hədəf turnirin daha bir favoritini – son dünya çempionunu evə yollamaqdır.

Avropa çempionatı

1/4 final

2 iyul

23:00. Almaniya – İtaliya

Baş hakim: Viktor Kassai

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR