Kəmaləddin Heydərov Yardımlıda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Kəmaləddin Heydərov Yardımlıda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2015 11:28 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, vətəndaşlardan 25-i nazir Kəmaləddin Heydərov tərəfindən qəbul olunub. Həmçinin kadr və digər məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşlar isə nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR