XİN: Münhendəki atışmada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

XİN: Münhendəki atışmada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
# 23 iyul 2016 10:06 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən, ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. “Həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik” - deyə H. Hacıyev qeyd edib.

Qeyd edək ki, dünən Almaniyanın Münhen şəhərinə baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 21-ə çatıb. Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR