Viktor Yuşşenko: "Avropanın destabilizasiyasında Rusiya faktoru var"

Viktor Yuşşenko: "Avropanın destabilizasiyasında Rusiya faktoru var"
# 10 mart 2016 11:14 (UTC +04:00)


Bakı. Məlahət Nəcəfova - APA. "Donbas Avropada qeyri-stabilliyin mərkəzidir. Avropanın zamanında və cəsarətli addımlar atması çox vacibdir"

APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib.

V. Yuşşenko bildirib ki, yerli çağırışlara dərhal reaksiya verilməsi problemlərin qlobal xarakter almasının önləyir: "Təəssüf ki, Dağlıq Qarabağ, Gürcüstan, Moldova, təbii ki, həm də Ukrayna məsələsindən lazımınca dərs çıxarılmayıb. Biz anlayırıq ki, bu münaqişələrin hamısınln arxasında Rusiya dayanır. Biz bilirik ki, Avropanın destabilizasiyasında Rusiya faktoru var".

Sabiq prezident Rusiya rəhbərliyinin "bataqlıq meydanından" və Avropanın həmrəy reaksiyasından çəkindiyini də deyib: "Ümumilikdə hər şey bizim əlimizdədir. Biz eyni səslə danışsaq, qələbə bizim olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR