Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Fevral

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Fevral
# 01 fevral 2016 17:05 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Türkiyə ilə gərginliyin yenilənməsi, yəni “refresh” olması Rusiyaya hava-su kimi lazımdır. Birincisi, Qərbin davamlı basqıları fonunda sosial gərginliyin artması Rusiyada hakimiyyətə olan etibarı azaldıb. Belə situasiyalarda Kreml hər zaman daxili problemləri xarici siyasətdə problemlər yaratmaq hesabına kompensasiya edib. Bu baxımdan Türkiyə ilə sözlü müharibə Moskvaya sərf edir. İkincisi, Rusiya Türkiyəni təxribata çəkməklə bu ölkəni Əsəddən sonrakı Suriya ilə bağlı danışıqlar prosesindən uzaqlaşdırmaq istəyir. Rus təyyarələrinin Türkiyə sərhədlərini pozmasının Türkməndağında irimiqyaslı əməliyyatdan sonraya təsadüf etməsi nəzərdən qaçmamalıdır. Moskva türkmən kartını vurduqdan sonra Türkiyəni təxribata çəkir, bununla həm türkmənləri, həm Türkiyəni Suriya danışıqlarından uzaqlaşdırmaq istəyir. Üçüncüsü, Kremlin bu addımı refleksiv xarakter daşıyır. Bu gündən Türkiyənin Rusiyaya tətbiq etdiyi embarqolar, daha doğrusu cavab tədbirləri işə düşməyə başlayıb. Moskva ilk vaxtlar Türkiyənin qadağalarının əhəmiyyətsiz bir şey olduğunu iddia etsə də, artıq bu qadağaların iqtisadi zərərinin çox olacağını anlayır. Bu səbəbdən Türkiyə səmasında meydan sulamaqla həm Ankaraya təzyiq etmək, həm də daxili ictimaiyyəti sakitləşdirmək istəyir. Durum budur...

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR