Azərbaycan ən çox çay içilən ölkələr sırasında yer alıb

Azərbaycan ən çox çay içilən ölkələr sırasında yer alıb
# 19 may 2016 10:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan əhalisinin 99,1 faizi “çayxor”dur.

APA-nın “The İndependent” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə “Euromonitor İnternational” qurumunun “Çay, yoxsa kofe? Hansı ölkələr bu içkilərdən üstünlük verir” adlı araşdırmasında deyilir.

Azərbaycanla yanaşı, çayı sevən ölkələr arasında Keniya (99,2 %), Pakistan (99%), Çin (98,8 %) və Misir (98, 5%) yer alıb. Böyük Britaniyada çay sevənlər 78,4 % təşkil edib.

Kofeyə üstünlük verən cəmiyyətlərə gəldikdə, məlum olub ki, ən çox kofeyə Dominikan Respublikası (99%), Braziliya, Ekvador (hər ikisində 97,4 %), Yunanıstan (96,8 %) və Danimarkada (92,2 %) üstünlük verilir. Estoniya və Polşa əhalisi isə çay və kofeni eyni dərəcədə sevir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR