Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına gətirilir

Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına gətirilir
# 30 may 2016 09:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. . Xızıda avtobusun aşması nəticəsində yaralananlar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına gətirilir. Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov APA-ya açıqlamasında deyib ki, hadisədən sonra xəstəxanaya 15 nəfər yaralı gətirilib.Onlardan 2-si ağırlıq dərəcəsinə görə, Bakıya Klinik Tibbi Mərkəzə göndərilib. 4 nəfər ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Bu gün xəstəxanada 9 xəstənin müalicəsi aparılırdı. bu gün səhiyyə naziri Oqtya Şirəliyev xəstəxanay gələrək xəstələrin vəziyyəti ilə tanış olub. Səhiyyə nazirinin məsləhəti ilə xəstələrin hamısı Sumqayıt vətəndaşı olduğu üçün Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına göndərilir.hazırda onlar Bakıya yola salınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR