Küveyt dövləti Mərkəzi Dənizçilər Xəstəxanasına müasir tibbi avadanlıqları təqdim edib

Küveyt dövləti Mərkəzi Dənizçilər Xəstəxanasına müasir tibbi avadanlıqları təqdim edib
# 17 fevral 2016 12:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Küveyt dövləti adından Asiya Müsəlmanları Komitəsinin xətti ilə Bakıdakı Mərkəzi Dənizçilər Xəstəxanasına böyrək daşı xəstəliklərinin cərrahi müdaxilə olmadan müalicəsini həyata keçirmək üçün istifadə edilən 245 min manat dəyərində müasir tibbi avadanlıqlarının təqdim edilməsi münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Küveyt dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl-Rumi, Nazirlər Kabinetinin humanitar məsələlər üzrə məsul şəxsləri, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin, Xarici İşlər Nazirliyinin, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin nümayəndələri, xəstəxanın baş həkimi və tibbi heyəti, Küveyt Beynəlxalq Xeyriyyə Təşkilatının nəzdində fəaliyyət göstərən Asiya Müsəlmanları Komitəsinin nümayəndələri iştirak edib.

Səud Əbdüləziz əl-Rumi bildirib ki, Küveyt adından müasir tibb avadanlıqlarının təqdim edilməsi Asiya Müsəlmanları Komitəsi ilə bağlanmış saziş əsasında həyata keçirilib. Sazişə əsasən xəstəxananın tibbi heyəti müasir tibbi cihazlardan istifadə edərək qaçqın, məcburi köçkün və digər ehtiyacı olan aztəminatlı ailələrin nümayəndələrinə ödənişsiz xidmət göstərəcək.

Xəstəxananın kollektivi Küveyt dövlətinə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR