2015-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 9 yeni neft hasilat quyusu qazılıb

2015-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 9 yeni neft hasilat quyusu qazılıb
# 15 yanvar 2016 07:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 9 yeni neft hasilat və 1 suvarma quyusu qazılıb, geoloji-kəşfiyyat, yeni yataqların kəşfi istiqamətində mühüm işlər aparılıb.

APA-Economics”in məlumatına görə, bunu “Respublika” qəzetində dərc olunan məqaləsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən strukturlarda birgə geoloji

kəşfiyyat işləri başlayıb, “Şəfəq-Asiman” dəniz bloku üzrə seysmik məlumatların interpretasiyası başa çatdırılıb: “Həmçinin, gələcək kəşfiyyat işlərinin mümkünlüyünün müəyyənləşdirilməsi, geoloji və geofiziki tədqiqatların aparılması məqsədilə SOCAR və Almaniyanın “RWE Dea” şirkəti Xəzərdə, Abşeron yarımadasının cənub hissəsinin akvatoriyasında karbohidrogenlərin mövcudluğunun birgə araşdırılması üzrə Saziş imzalayıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR