Cahangir Hacıyev Bakı Fond Birjasının rəhbərliyindən uzaqlaşdırılıb

Cahangir Hacıyev Bakı Fond Birjasının rəhbərliyindən uzaqlaşdırılıb
# 07 dekabr 2015 09:51 (UTC +04:00)

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq BFB-dən məlumat verilib.

"Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hal-hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, BFB-nin Müşahidə Şurasının sədri, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.

C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR