Şimal bölgəsinə qar yağıb

Şimal bölgəsinə qar yağıb
# 04 aprel 2016 08:54 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Azərbaycanın şimal bölgəsinin dağlıq ərazilərdə yerləşən bəzi yaşayış məntəqələrinə qar yağıb. Bu barədə APA-nın yerli bürosuna Quba Regional Hidrometeorologiya İdarəsindən məlumat verib. Quba rayonunun Xınalıq kəndində qarın qalınlığı 25 santimetr, Qırızda 10 sm, Xaltanda 5 sm, Qusarın Ləzə kəndində isə 4 sm-ə çatıb.

Temperatur isə mənfi 11 dərəcəyədək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR